Şərqşünaslıq İnstitutununu direktoru, Milli Məclisin deputatı, AMEA-nın həqiqi üzvü Gövhər Baxşəliyeva strateji yol xəritələrinin əhəmiyyətindən danışaraq qeyd edib ki, milli inkişafın bütün istiqamətlərində önəmli uğurlara imza atmış, XXI əsrin onuncu illərində iqtisadiyyatın artım səviyyəsinə görə dünya öncülü olmuş Azərbaycan zamanın iqtisadi gerçəkliklərinə hər zaman çevik münasibəti ilə fərqlənib. Son dövrlərdə dünya bazarlarında enerji daşıyıcılarının qiymətlərində kəskin eniş Azərbaycana da mənfi təsir göstərsə də, ölkə rəhbərliyinin çevik iqtisadi siyasəti, zamanında görülən tədbirlər qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirməyə imkan yaratdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Fərman da mövcud çətinliklərin aradan qaldırılmasında və ölkənin gələcək iqtisadi inkişafının təmin edilməsində böyük önəm kəsb edəcək. G.Baxşəliyeva bildirib ki, Strateji yol xəritələrində əks olunan kompleks tədbirlərin icrasında dövlət qurumları ilə yanaşı sadə insanlardan tutmuş vətəndaş cəmiyyətinin institutularına qədər bütün maraqlı tərəflərin yaxından iştirakı və dəstəyi zəruridir.
İnstitutun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, iqtisadiyyat üzrə elmlər doktoru Dünyamalı Vəliyev strateji yol xəritələrinin əhəmiyyətindən danışaraq, qeyd edib ki, onların icrasında başlıca məqsəd Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabət qabiliyyətinin və sosial rifahın artırılmasının təmin edilməsindən ibarətdir. Strateji yol xəritələrində dayanıqlı inkişafa nail olunması üçün əsas strateji hədəflərdən danışan D.Vəliyev qeyd edib ki, Strateji yol xəritələri ölkə iqtisadiyyatının keyfiyyətcə yeni dönəmə keçidini şərtləndirir. Onun icrası Azərbaycan milli iqtisadiyyatının inkişafı ilə yanaşı, həm də ölkə həyatının bütün sahələrində tərəqqini təmin edəcəyinə, dövlətimizi beynəlxalq arenada daha da gücləndirəcəyinə görə, mühüm stratejı əməmiyyəfə malikdir.
Daha sonra İntitutun direktor müavini, AMEA-nın həqiqi üzvü Şahin Mustafayev, Din və ictimai fikir tarixi şöbəsinin müdiri f.ü.f.d. Esmeralda Həsənova, Cənubi Azərbaycan şöbəsinin müdiri t.ü.f.d Səməd Bayramzadə, Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri t.ü.f.d. Fərda Əsədov və başqaları çıxış edərək, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ni dəstəklədiklərini və onun icrasının ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayacağına inandıqlarını bildiriblər.