Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

RUSİYADA AZƏRBAYCAN ŞƏRQŞÜNAS TARİXÇİSİNİN KİTABI İŞIQ ÜZÜ GÖRÜB

10 Aprel 2017

       AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Şahin Mustafayevin Moskvada rus dilində “Səlcuqilərdən Osmanlılara” kitabı çap olunub.

 

 

Kitabda XI-XV yüzilliklәrdә Anadoluda baş verәn siyasi vә sosial hadisәlәrin fonunda türk etnomәdәni mühitinin formalaşması vә inkişafı proseslәri tәdqiq edilir. Əsər çox saylı orta əsrlər mənbələri əsasında yazılmışdır. Müəllif türk və fars dillərində qələmə alınmış salnamələr, Bizans tarixçilərinin xronikaları, Avropa səyyahlarının gündəlikləri, tarixi və ədəbi xarakterli digər sənədlərdə mövcud olan məlumatlardan geniş istifadə etmişdir. Eyni zamanda, müasir Azərbaycan, türk, rus və Qərb alimlərinin tədqiqat əsərlərini təhlil edən müəllif orta əsrlər Anadolu və Azərbaycan tarixinə dair bir sıra mühüm konseptual müddəalar və fikirlər ortaya qoymuşdur. Dörd fəsildən ibarət və ümumi həcmi 440 səhifə olan monoqrafiyada Sәlcuq dövründә Anadoluda türk etnik birliyinin tәşәkkülü, monqol işğalı nәticәsindә Rum Sәlcuq dövlәtinin süqutu vә siyasi hakimiyyәtin parçalanması, türk bәyliklәri arasında hәrbi-siyasi rәqabәt vә mübarizәnin gedişi, Osmanlı dövlәtinin yüksəlişi vә bütün bu tarixi hadisәlәrin kontekstindә türk mədəniyyətinin və kimliyinin inkişafı, türk etnik şüurunun tәkamül dinamikası araşdırılır.

 

Kitab Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu və Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun elmi şuraları tərəfindən nəşr üçün təsdiq edilib. Monoqrafiyanın elmi redaktoru Rusiyanın tanınmış türkoloq-tarixçisi S.F.Oreşkova, rəyçiləri akademik M.S.Meyer və akademik N.M.Vəlixanlıdır.

Orta əsrlər tarixi ilə məşğul olan mütəxəssislər, şərqşünaslıq elmi sahəsində təhsil alan universitet tələbələri və ümumiyyətlə Türkiyə və Azərbaycan tarixi ilə maraqlanan bütün oxucular üçün dəyərli töhfə olan bu kitab Azərbaycan mediyevistikasının son mühüm nailiyyətlərindən biri sayıla bilər.

 

Download Template Joomla 3.0 free theme.