Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Tanınmış şərqşünas alim Esmeralda Həsənovanın xatirəsi anıldı

04 Yanvar 2023

Dekabrın 28-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda tanınmış şərqşünas alim, türkoloq, fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənovanın 90 illiyinə həsr olunmuş tədbirdə xatirəsi anılıb.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva bu il dünyasını dəyişmiş Esmeralda Həsənovanın Azərbaycan şərqşünaslığında böyük xidmətləri olduğunu bildirib.

Türkologiya elminə dəyərli əsərləri ilə böyük töhvələr verən Esmeralda xanımın elmi fəaliyyətində çox aktual məsələləri tədqiq etdiyini deyən akademik Gövhər Baxşəliyeva alimin elmimizin yeni nəsli üçün əsl örnək olduğunu söyləyib. Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinə uğurla rəhbərlik etmiş E.Həsənovanın tədqiqatlarının bütün respublikanın ziyalılarında böyük maraq oyatdığını bildirən akademik G.Baxşəliyeva alimin bir sıra ölkələrin elmi dairələrində, xüsusi ilə Türkiyədə mütəxəssislər arasında yaxşı tanındığını vurğulayıb. Akademik G.Baxşəliyeva E.Həsənovanın şərqşünaslıq elmimiz qarşısında xidmətlərinin dövlət tərəfindən də yüksək qiymətləndirildiyini bildirərək, 2018-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edildiyini xatırladıb.

  Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri v.i.e., İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev Esmeralda Həsənovanın əsərlərinin beynəlxalq müstəvidə müasir türkoloji problemlərin öyrənilməsində böyük əhəmiyyət kəsb etdiyini deyərək, alimin Türkiyənin tarixi, mədəniyyəti, ictimai-siyasi həyatı, din, millətçilik, din və dövlət münasibətlərinə dair yazdığı əsərlərinin bir çox dünya şöhrətli alimlərin və dövlət xadimlərinin marağını cəlb etdiyini vurğulayıb.

Şərqşünaslıq İnstitutunun əməkdaşlarından tarix üzrə fəlsəfə doktorları Əmmar Abbasov və Fərda Əsədov, fəlsəfə üzrə fəlsəfə doktorları Dürdanə Cəfərli və Elvüsal Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Vüqar Məmmədov, eləcə də Mirzə Ənsərli anım tədbirində çıxış edərək, Esmeralda Həsənovanın elmi nailiyyətlərini yüksək qiymətləndiriblər, onun şərqşünaslıq elmimizin gənc nəslinə böyük qayğısından danışıblar və alimin itkisinin Azərbaycan şərqşünaslığı üçün  çox ağır olduğunu qeyd ediblər.

Download Template Joomla 3.0 free theme.