Akademik G.Baxşəliyeva ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşımış akademik Vasim Məmmədəliyevin həm elmi ictimaiyyət və xalq arasında, həm də Vətənimizin hüdudlarından kənarda böyük şöhrət qazandığını deyib. Vasim Məmmədəliyevin çöxşaxəli elmi-pedaqoji fəaliyyətindən söz açan akademik G.Baxşəliyeva onun ilk dəfə olaraq ərəb qrammatika məktəblərini sistemli şəkildə tədqiq etdiyini, əsas tədqiqat sahəsinin ərəb dilçiliyi olmasına baxmayaraq, əsərlərində Şərq poeziyası, islam tarixi, kəlam, fəlsəfə, təfsir, quranşünaslıqla da bağlı ən mühüm məsələlərinin tədqiq olunduğunu və bu sahələrdə də qiymətli əsərlərin müəllifi olduğunu bildirib.
Vasim Məmmədəliyevin 1991-ci ildə akademik Ziya Bünyadovla birgə Azərbaycan dilinə tərcüməsində müqəddəs kitabımız Qurani-Kərimin çap olunduğunu deyən akademik G.Baxşəliyeva tərcümənin nəşrinin ölkəmizdə İslama, bu dinin tarixinə, fəlsəfəsinə və mədəniyyətinə dair araşdırmalara güclü təkan verdiyini qeyd edib.
Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin elmi işçisi Gülşən Həmidli “Müasir ərəbşünaslığın ən görkəmli nümayəndəsi” mövzusunda məruzəsində Vasim Məmmədəliyevin dilçilik sahəsində fəaliyyətindən danışıb. Alimin “Ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları”, “Ərəb dilçiliyi” “Bəsrə qrammatika məktəbi”, “Küfə qrammatika məktəbi” və. s əsərlərinin ərəb linqvistikasının vacib məsələlərinə həsr olunduğunu deyən məruzəçi, Vasim Məmmədəliyevin bu əsərləri ilə ərəb ölkələrində tanındığını qeyd edib.
Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov “Akademik Vasim Məmmədəliyevin ilahiyyat və islamşünaslığa töhfələri” adlı məruzəsində mərhum akademikin ərəb filologiyası problemləri ilə yanaşı, həm də islamşünaslıq və ilahiyyat məsələləri ilə məşğul olan hərtərəfli elm nəhəngi olduğunu bildirib. O qeyd edib ki, Vasim Məmmədəliyevin ilahiyyat və islamşünaslıq sahələrində əsas tədqiqat istiqaməti quranşünaslıq olmuşdur. Quranşünaslıqla yanaşı, o, islam dininin ayrı-ayrı məsələlərinə, xüsusən təsəvvüfə aid elmi araşdırmaları ilə tanınmışdı. Amma Vasim Məmmədəliyevə ilahiyyat sahəsində ən böyük şöhrəti 1991-ci ildə Qurani-Kərimi Azərbaycan dilinə tərcümə etməsi gətirmişdir.
“Böyük alim, alicənab insan” mövzusunda məruzə edən Şərqşünaslıq İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü Vasim Məmmədəliyevin Azərbaycan milli ictimai şüurunun zənginləşməsində böyük rolu olan ziyalımız olduğunu bildirib. Vasim Məmmədəliyevin ziyalı və şəxsiyyət məfhumlarını qürurla ehtiva edən insan olduğunu deyən R.Cümşüdlü ölkəmizdə ərəbşünaslığın elmi şəkildə bir məktəb kimi formalaşmasının və inkişafının məhz Vasim Məmmədəliyevin fəaliyyəti ilə əlaqədar olduğunu söyləyib.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Şərqşünaslıq İnstitutunda “Vasim Məmmədəliyev-80” mövzusunda elmi sessiya keçirilib
Dekabrın 26-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şərqşünas alim Vasim Məmmədəliyevin 80 illiyinə həsr olunmuş “Vasim Məmmədəliyev-80” mövzusunda elmi sessiya keçirilib.
Elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, ümummüsәlman mәdәniyyәtinin yaradıcılarından olan Azәrbaycan xalqının bu mәdәniyyәtә әsrlәr boyu öz qiymәtli töhfәlәrini vermiş mütәfәkkir vә alimlәrinin yaratdığı әsәrlәr onların adlarını İslam mәdәniyyәti tarixinә әbәdi hәkk edib. Belə alimlərdən olan akademik Vasim Mәmmәdәliyevin istedadı, dәrin elmi tәfәkkürü, heyrәtamiz hafizәsi, yorulmaz pedaqoji fәaliyyәti, әsl ziyalı şәxsiyyәtә xas sәciyyәvi xüsusiyyәtlәri tәzahür etdirmәsi onu fenomen şәxsiyyәtlәr sırasına daxil edib.