Alim Mövlananın düşüncələrinin dövrlər üstü olduğunu və bunun əsas səbəbi olaraq bəşəriyyətin daimi və universal prinsiplərini təsbit edə bilməsinin olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, mütəfəkkirin həyatla əlaqədar fikirləri və düşüncələri bu gün bütün dünya tərəfindən qəbul edilən universal dəyərlərlə səsləşərək müasir dövrdə də aktuallığını qorumaqdadır. Məruzədə Mövlananın yaradıcılığında insanın müxtəlif baxım bucaqlarından təhlil edildiyi qeyd olunaraq ideal insandan bəhs edilib. Türk-İslam fəlsəfi fikrinin, eyni zamanda Türk mədəni mirasının bir hissəsi olan Ruminin dünya mədəniyyətinə və düşüncə tarixinə əhəmiyyətli töhfələr verdiyi qeyd olunub.
Roida Rzayevanın məruzəsi çox yüksək qiymətləndirilib və beynəlxalq simpoziumun təşkilatçıları adından Rzayevaya məzmunlu çıxış və simpoziuma verdiyi töhfəyə görə təşəkkür bildirilib.
Beynəlxalq simpoziumun materialları nəşr olunacaq.