Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTU VƏ ÇİNİN QANSU VİLAYƏTİNİN İCTİMAİ ELMLƏR AKADEMİYASI ARASINDA MÜQAVİLƏ İMZALANDI

14 Mart 2017

Martın 14-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə Çinin Qansu vilayətinin İctimai Elmlər Akademiyası arasında əməkdaşlığa dair müqavilə imzalandı.

Tədbirdə Çin tərəfindən Qansu vilayətinin İctimai Elmlər Akademiyasının prezidenti Vanq Fuşenq və Şanxay Universitetinin rəsmi nümayəndəsi Li Renyinq iştirak edirdilər.

 

Qonaqları salamlayan Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Gövhər Baxşəliyeva Azərbaycan – Çin əlaqələrinin möhkəmlənməsindən danışdı və ölkələrimiz arasında elmi sahədə də qarşılıqlı əməkdaşlığın genişləndiyini qeyd etdi. G.Baxşəliyeva qonaqlara Şərqşünaslıq İnstitutunda çinşünaslıq sahəsində görülən işlərdən danışdı və bu işlərin Asiya Sakit Okean regionu ölkələri şöbəsində aparıldığını qeyd etdi.

Qansu vilayətinin İctimai Elmlər Akademiyasının prezidenti Vanq Fuşenq Azərbaycana səfərindən məmnunluğunu bildirərək, rəhbərlik etdiyi Akademiyada Azərbaycanla da maraqlandıqlarını və qarşılıqlı əməkdaşlığın onların bu sahədə fəaliyyətinə böyük fayda verəcəyinə əminliyini bildirdi.

Şanxay Universitetinin rəsmi nümayəndəsi Li Renyinq, Şərqşünaslıq İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev, Şərqşünaslıq İnstitutunun Asiya Sakit Okean regionu ölkələri şöbəsinin müdiri f.ü.f.d. Zenfira Şıxəlibəyli elmi müəssisələr arasında başlanacaq əməkdaşlığın əhəmiyyətini qeyd etdilər.

Sonra AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə Çinin Qansu vilayətinin İctimai Elmlər Akademiyası arasında əməkdaşlığa dair müqavilə imzalandı. Müqaviləni Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva və Qansu vilayətinin İctimai Elmlər Akademiyasının prezidenti Vanq Fuşenq imzaladılar.

 

Download Template Joomla 3.0 free theme.