Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

E L A N

13 Mart 2017

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Sovet İttifaqı qəhrəmanı Ziya Musa oğlu Bünyadovun xatirəsinə həsr olunmuş “Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq konfrans

(16-17 oktyabr 2017-ci il, Bakı)

 

 

Azərbaycan MEA-nın Rəyasət Heyəti və Azərbaycan Milli Elmlər Akademiyasının akademikZ.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu 16-17 oktyabr 2017-ci il tarixində akademik Z.M.Bünyadovun xatirəsinə həsr edilmiş “Müasir şərqşünaslığın aktual problemləri”  mövzusunda beynəlxalq konfrans keçirəcəkdir.

Təşkilatçılar şərqşünas həmkarlarını aşağıdakı tematik bölmələr üzrə Şərq xalqlarının tarixi və mədəniyyətinin problemləri ilə bağlı məruzələrlə konfransın işindəiştirak etmək üçün dəvət edir:

·       Akademik Z.M.Bünyadovun mənbəşünaslıq elminə verdiyi töhfələr və orta əsrlər Şərqinin tarixi məsələlərinin öyrənilməsi

·       Qədim və orta əsrlər Şərq tarixinin tarixşünaslığı və mənbəşünaslığı

·       Müasir Şərq ölkələrinin ictimai və siyasi prosesləri

·       Şərq xalqlarının dini, fəlsəfi və ictimai fikir məsələləri

·       Şərq xalqlarının ədəbiyyatı və dilinin tədqiqi problemləri

 

Məruzə tezisləri 200 söz (Times New Roman, 12şrift və 1 interval) həcmində 1 iyun 2017-ci il tarixinədək qəbul olunacaqdır. İştirakçılardan tezisləri və doldurulmuş əlavə ərizə formasını konfransın təşkilat komitəsinin This email address is being protected from spambots. You need JavaScript enabled to view it. internet ünvanına göndərməsi xahiş olunur.

 

Konfrans Bakı şəhərində 16-17 oktyabr tarixlərində keçiriləcəkdir. 

 

 

Konfransın Təşkilat komitəsi

 

Konfransda iştirak etmək üçün müraciət forması

Adı

 

Soyadı

 

Elmi dərəcəsi və elmi adı (varsa)

 

Təmsil etdiyi müəssisə, orqan

 

Vəzifəsi

 

Məruzənin aid olduğu bölmə (seksiya)

 

Məruzənin adı

 

Mobil telefonu

 

Ünvanı (poçt indeksi göstərilməklə)

 

E-mail adresi

 

 

 

 

Download Template Joomla 3.0 free theme.