Məqalədə bir sıra mövzulara; 1990-cı illərdən etibarən erməni hərbi-siyasi hakimiyyətinin Azərbaycan dövlətinə və xalqına qarşı yürütdüyü işğalçılıq siyasəti, yerli Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlar, Azərbaycan-İslam mədəniyyətinə aid tarixi maddi-mədəni irsə qarşı icra edilmiş vandalizm aktları və digər məsələlərə ətraflı şəkildə toxunulub.
Daha sonra Azərbaycan dövlətinin münaqişənin sülh yolu ilə həll edilməsində göstərdiyi cəhdlərin əksinə olaraq erməni hərbi-siyasi dairələrinin nümayiş etdrdiyi destruktiv siyasət haqqında söhbət açılıb, həmçinin ermənilərin Azərbaycan torpaqlarını işğal etməsinə baxmayaraq 30 il ərzində təxribatlardan əl çəkmədiklərini xüsusilə vurğulanıb.
Sözü gedən məqalədə öz havadarlarının maşasına çevrilmiş Ermənistanın 2020-ci ilin iyulun 12-də Azərbaycanın dövlət sərhədini Tovuz istiqamətində pozaraq hücum etdiyi, həmçinin sentyabrın 27-də bütün cəbhə boyu geniş təxribata keçdiyi, bu təxribat həm dövlətimizin başçısının, həm də xalqımızın səbrini tükəndirdiyi qeyd edilib. Belə ki, sentyabrın 27-dən başlanan Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində Qələbə ilə başa çatdı. Beləliklə, qalib ordumuzun və rəşadətli əsgər və zabitlərimizin şücaəti ilə noyabrın 8-də Qarabağın tacı Şuşa işğaldan azad edildi və üçrəngli bayrağımız şəhərin mərkəzinə sancıldı. Bəli, bu tarixi zəfər xalq-dövlət-ordu birliyinin rəmzidir. 8 Noyabr – Zəfər Günü 44 günlük Vətən müharibəsində müqəddəs torpaq uğrunda canından, qanından keçən igid əsgər və zabitlərimizin şəhidlik zirvəsinə ucaldığı milli qürurumuzun, yenilməzliyimizin nümayiş etdirildiyi gündür. Azərbaycan dövlətçilik tarixində və xalqımızın yaddaşında əbədi yaşayacaq Zəfər Günü ümumxalq birliyinin təzahürüdür.
يوم النصر العظيم مصدر فخر واعتزاز للشعب الأذربيجاني - الآن (alan-eg.com)