Bir daha səmimi təbriklərimizi qəbul edin. Tanrı Sizi və Azərbaycanımızı qorusun!
Hörmətlə,
AMEA Şərqşünaslıq İnstitutunun kollektivi
adından İnstitutun direktoru: G.B.Baxşəliyeva
Hörmətli Mehriban xanım!
Yeni təyinatınız münasibətilə Sizi ürəkdən təbrik edir, mühüm dövləti vəzifənin icrasında möhkəm cansağlığı, tükənməz enerji və yeni-yeni uğurlar arzulayırıq. İnanırıq ki, Azərbaycanın hərtərəfli inkişafına, ərazi bütövlüyümüzün bərpasına və ümdə mənafelərimizin qorunmasına yönəlmiş çoxşaxəli fəaliyyətinizin ana xəttini həmişəki kimi yüksək insanpərvərlik, humanizm, mərhəmət, vətənə, xalqa sonsuz məhəbbət, milli-mənəvi və mədəni dəyərlərimizə dərin ehtiram təşkil edəcək.
Bir daha səmimi təbriklərimizi qəbul edin. Tanrı Sizi və Azərbaycanımızı qorusun!
Hörmətlə,
AMEA Şərqşünaslıq İnstitutunun kollektivi
adından İnstitutun direktoru: G.B.Baxşəliyeva