İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü açan kitabxananın əməkdaşı V.Ağamalıyeva qonaqları salamlayaraq, Dövlət Bayrağı Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.
Sonra kitabxananın əməkdaşları T.Məmmədova, S.Abbasova və V.Ağamalıyeva bayraq haqqında 4 dildə məlumat veriblər və milli kimliyimizin, mədəniyyətimizin, milli ideologiyamızın ifadəsi olan müqəddəs bayrağımız barədə videoçarx qonaqlara təqdim olunub.
Tədbirdə çıxış edən tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Azərbaycan bayrağının yaranma tarixi, ona verilən önəm və 9 noyabr tarixinin “Bayraq Günü” kimi qeyd edilməsi haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Tədbirin bədii hissəsində 178 nömrəli tam orta məktəbin şagirdlərinin səsləndirdiyi şeirlər, milli rəqs nümunələri qonaqlar tərəfindən alqışlarla qarşılanıb.