Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNAS ALİM BEYNƏLXALQ TÜRK DÜNYASI SİMPOZİUMUNDA MƏRUZƏ EDİB

25 Oktyabr 2022

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçi, t.ü.f.d.Namiq Məmmədov oktyabrın 9-12-də Türkiyənin Ərzincan şəhərində təşkil olunan Beynəlxalq Türk Dünyası Simpoziumunda iştirak edib.  Şərqşünas alim simpoziumda “Ədalət və İnkişaf Partiyasının hakimiyyəti illərində Türkiyədə həyata keçirilən iqtisadi islahatlar və onların nəticələri (2002-2015)" mövzusunda məruzə edib.

 

Məruzədə Türkiyədə Ədalət və İnkişaf Partiyasının qurulması və hakimiyyətə gəlməsi, 2002-2015-ci illərdə bu partiyanın təşkil etdiyi hökumətlər tərəfindən həyata keçirilən iqtisadi siyasət və islahatlar, həmçinin həmin islahatların nəticələrindən bəhs olunub, Türk dünyasının gələcək iqtisadi inkişafının Türkiyənin iqtisadi uğurları ilə inteqrasiyası istiqamətində bir sıra təkliflər irəli sürülüb.

Download Template Joomla 3.0 free theme.