Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN ƏMƏKDAŞININ MONOQRAFİYASI TÜRKİYƏDƏ NƏŞR EDİLİB

03 Mart 2017

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Mahir Həmidovun “Mixail Nuaymənin poetikası və şeirləri” adlı kitabı Türkiyədə işıq üzü görüb. Ankarada professor Rahmi Ərin ön sözü ilə nəşr olunan monoqrafiyanın Azərbaycan, Türkiyə və türkdilli elmi dairədə vacib bir problemə həsr olunmuş kitab kimi yayılacağı şübhə doğurmur.



XX əsr ərəb ədəbiyyatının görkəmli nümayəndəsi M.Nuaymənin poeziyasını, divanına daxil olan şeirlərin fəlsəfi qaynağı, məzmun və ideyası, ədəbi xüsusiyyətlərini geniş şəkildə təqdim edən müəllif yazıçının dövrü, həyatı, dünyagörüşünü formalaşdıran amillər və mənbələri də tədqiqatdan kənarda qoymamışdır. Bu da monoqrafiyanın ərəb yazıçısı haqqında tam və ətraflı mənzərə yaratması ilə nəticələnmiş, ədibin yaradıcılıq cəhətləri ilə oxucunu yaxından tanış etmək fürsəti vermişdir.

M.Həmidov yazıçının yaradıcılığında xristian, islam, rus, Qərb və qədim hind mədəniyyətini, bu zəngin qaynaqlardan gələn ədəbi-fəlsəfi, dini təsirləri ayrılıqda tədqiqat obyektinə çevirmişdir. Xristian yazıçının islam dini haqqında düşüncələri, sevdiyi üç kitab arasında “Qurani-Kərim”in olduğu, islam peyğəmbərinə münasibət də müəllifin xüsusi həssaslıqla bəhs etdiyi məqamlardandır. Kitabın ən maraqlı məsələləri arasında M.Nuaymənin klassik ərəb şairləri əl-Məərri və əl-Mütənəbbi yaradıcılığına verdiyi dəyər və onlardan təsirlənməsi də diqqəti cəlb edir.

Monoqrafiyanın ən əhəmiyyətli hissələrindən biri, heç şübhəsiz, M.Nuaymənin şeirlərindən bəhs edən bölümdür. Buradakı bütün şeirlərin M.Həmidov tərəfindən tərcümə edilməsi, həm də poetik tərcümədə təqdim edilməsi, heç şübhəsiz ki, gərgin bir əməyin nəticəsidir.
Monoqrafiyanın Türkiyə türkcəsində olduğunu nəzərə alsaq, müəllifin ərəb şairinin şeirlərini hər iki türkcəyə çevirdiyi də nəzərdən qaçmamalıdır.

Onu da qeyd edək ki, M.Həmidov 2011-ci ildə Ankara Universitetində Mixail Nuaymənin yaradıcılığının tədqiqi ilə bağlı filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir.

 

Download Template Joomla 3.0 free theme.