Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Elmi şurada müzakirə olunan məsələlər Şərqşünaslıq İnstitutunun fəaliyyətinin səmərəliliyinin göstəricisidir

14 Sentyabr 2022

Sentyabrın 14-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi şurasının iclası keçirilib.

İclasda ilk olaraq, Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribat nəticəsində şəhid olmuş Azərbaycan hərbçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

İclasa sədrlik edən AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” Sərəncamının elmin qarşısında mühüm vəzifələr qoyduğunu, Prezidentin iyulun 28-də imzaladığı “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanın da qeyd olunan Strategiyadan irəli gəldiyini qeyd edib. Fərmanın respublikamızda elmin inkişafını stimullaşdıracağını, elmlə təhsilin inteqrasiyasını sürətləndirəcəyini deyən G.Baxşəliyeva  onun xalqımızın köklü mənafeyindən irəli gəldiyini vurğulayıb.

Şərqşünas alimlərin bu Fərmana uyğun olaraq, səmərəli fəaliyyətlərini daha da artıracaqlarına əminliyini bildirən G.Baxşəliyeva, Elmi şuranın hazırkı iclasında müzakirəyə çıxarılan məsələlərin də institut əməkdaşlarının bu istiqamətdə fəal olduqlarının göstəricisi olduğunu deyib.

Elmi şurada ilk olaraq institutun elmlər və fəlsəfə doktorluğu üzrə doktorant və dissertanlarının dissertasiyalarının mövzuları müzakirə olunaraq təsdiqlənib.

Elmlər doktorluğu üzrə Elnur Mustafayevin “Azərbaycan din və ictimai fikir tarixinin inkişaf mərhələləri (epiqrafik abidələr əsasında)”, Dürdanə Cəfərlinin “İslam hüququnda  İrəvanilər məktəbi”, Lamiyə Hüseynovanın “Orta əsrlər ərəb antologiyalarının ərəb yazılı ənənələrinin formalaşmasında rolu (VIII-XI əsrlər)”, fəlsəfə doktorluğu üzrə Afaq Nərimanovanın “XX əsr rus şərqşünaslığında şərq ədəbiyyatının öyrənilməsi (ərəb və yapon ədəbiyyatı nümunələrinin əsasında)”, Nurlan Abbasovun “Zəngəzur dəhlizinin Avropa və Asiya arasındakı iqtisadi əlaqələrin inkişafına və Azərbaycan iqtisadiyyatına təsiri imkanları” dissertasiya mövzuları müzakirə edilib.

Elmi şuranın iclasında əməkdaşların çapa təqdim olunmaq üçün 5 kitabının müzakirəsi aparılıb.

Akademik Gövhər Baxşəliyeva ötən il rus dilində nəşr olunmuş “Этническая идентичность Низами Гянджави” kitabı bu dəfə ingilis dilinə tərcümədə (“Ethnic Identity of Nizami Ganjavi”) çap üçün müzakirəyə təqdim edib. İclasda həmçinin institutun Cənubi Azərbaycan şöbəsinin mərhum əməkdaşı Əkrəm Rəhimlinin 2021-ci ilin plan işi üzrə hazırladığı “Seyid Cəfər Pişəvəri və Cənubi Azərbaycan” adlı monoqrafiyası, həmin şöbənin müdiri, t.ü.f.d., dosent Səməd Bayramzadənin nəşrə hazırladığı və məsul redaktoru olduğu “Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin orqanı. 1945-1946-cı illər (Azərbaycan dilinə transliterasiya və tərcüməsi) kitabının 1-ci hissəsi, Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. Namiq Məmmədovun “Müasir Türkiyənin neft problemi” monoqrafiyası, Ərəb ölkələrinin tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Samid Bağırovun ərəb dilindən tərcümə etdiyi “Əmr bin Bəhr əl-Cahizin “Əl-Tac fi əxlaq əl-mülük” əsərinin çapa təqdim etmək üçün müzakirəsi aparılıb.

Download Template Joomla 3.0 free theme.