Təməlini Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsindən götürən Azərbaycan Şərqşünaslıq Məktəbinin imzası dünya şərqşünaslığında da mötəbər yerini tutmuşdur. Şərqşünaslıq fakültəsi tədrisin təşkilindəki zəngin təcrübəsi və ənənələrə, ən yeni və mütərəqqi dünya standartlarına əsaslanaraq mütəmadi olaraq inkişaf etmiş, tədris olunan dillərin və ixtisasların sayını artırmış, bu sahədə kadr potensialının yüksəlməsinə nail olmuşdur.
Şərqşünaslıq fakültəsinin artan beynəlxalq əlaqələri, dünyanın bir silsilə tədris və elm mərkəzləri ilə getdikcə sıxlaşan rabitələri nəticə etibari ilə Bakı Dövlət Universitetin xarici ölkələrin universitetləri və araşdırma şəbəkələri ilə münasibətlərinin intensivləşməsində əhəmiyyətli yer tutmaqdadır.
Şərqşünaslıq fakültəsinin yaranmasının 100 illik yubileyinin keçirilməsi Azərbaycanda və eləcə də dünya şərqşünaslığında şərqşünaslığın tədrisi, tədqiqi və təbliği istiqamətində yeni imkanlar açır. Yubiley münasibəti ilə təşkil ediləcək beynəlxalq elmi konfrans dünya Şərqşünaslığının bütün mühim istiqamətləri üzrə, yeni təfəkkür və yanaşmalar əsasında müzakirələri nəzərdə tutur. Konfransın respublikada şərqşünaslığın tədrisi və elminin inkişafına yeni təkan verəcəyi, beynəlxalq əlaqələrin güclənməsinə ciddi təsir göstərəcəyi düşünülür.
Bakı Dövlət Universitetinin və Türk mədəniyyəti və irsi fondunun birgə təşkilatçılığı ilə 2022-ci il 14-15 dekabr tarixlərində Şərqşünaslıq fakültəsinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan şərqşünaslığı Şərq-Qərb elmi-mədəni və ictimai-siyasi dialoqu kontekstində” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
. KONFRANS HAQQINDA
Tezislərin təqdim edilməsi üçün son tarix: 25 oktyabr 2022
Tezislərin elan edilmə tarixi: 25 noyabr 2022
Konfransın keçirilmə tarixi : 14-15 dekabr 2022
Konfransın tezislərinin çap olunma tarixi : 25 yanvar, 2023
Tezislər aşagıdakı email adresinə göndərilməlidir:
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Konfrans aşağıdakı bölmələr üzrə keçiriləcək:
- Dilşünaslıq
- Ədəbiyyatşünaslıq
- Sosial elmlər və fəlsəfə
- Tarix
Konfransın mövzuları:
- Azərbaycan və Şərq ölkələri arasında mədəni əlaqələr
- Şərq xalqlarının yazılı abidələri
- Orta əsr şərq ədəbiyyatı
- Müasir Şərq ədəbiyyatı
- Qloballaşan dünyada şərq dilləri
- Türk dillərinin tədrisinin inkişaf aspektləri
- Türkologiyanın aktual problemləri
- Türk dünyası elmi-mədəni əlaqələri
- Qloballaşma şəraitində dildə mədəni inkişafın aktual məsələləri.
- Mədəniyyətlərarası ünsiyyət və tərcümənin mədəni inkişaf problemləri
- Şərq dillərinin öyrənilməsi və tədrisinin aktual problemləri
- Şərq ölkələrinin mədəniyyətləri
- Dil və üslub məsələləri
- Ədəbiyyat və dil tarixi məsələləri
- Nəzəri və tətbiqi dilçilik
- Tətbiqi dilçilik müstəvisində dil tədqiqatları
- Tərcümənin nəzəri və praktik problemləri
-Qloballaşma şəraitində KİV-in yeri və rolu
-Multikultural siyasət və mədəni dəyərlər
-Müasir dövrdə din və sosial təhlükəsizlik problemi
-Dil və cəmiyyət
-Postmüharibə dövründə Azərbaycanın Qarabağ bölgəsində mədəni irsin bərpası
-Şərq-Qərb: tarixilik və müasirlik
-İslama qədər Qafqaz və Yaxın Şərq əlaqələri
-Heydər Əliyev və Yaxın Şərqin ərəb ölkələri
-Qafqazın Yaxın Şərq ilə əlaqələrində İslamın rolu
-Qafqaz və Yaxın Şərq mədəniyyətinin qarşılıqlı əlaqəsi
-Müasir dövrdə Qafqaz və Yaxın Şərq ölkələri arasındakı əlaqələr
Tezislərin tərtib olunma qaydaları:
Konfransın işçi dili: Azərbaycan, türk, rus və ingilis dilləri
Tezisin adı 12 sözdən çox olmamalıdır.
Tezisin adı: böyük hərflərlə, qalın şrift, şrift ölçüsü 14 pt, şrift Calibri
Müəllifin soyadı, adı, atasının adı: qalın şriftlə, şrift ölçüsü 12 pt, şrift Calibri
Təşkilat, şəhər və ölkənin adı: adi şriftlə, kursiv, şrift ölçüsü 12 pt, şrift Calibri
Elektron ünvan: adi şriftlə, kursiv, şrift ölçüsü 12 pt, şrift Calibri
Təqdim olunmuş tezisin həcmi 500 sözü keçməməli, format A4, fayl formatı *doc, *docx, şrift Calibri, şrift ölçüsü 14 pt, yuxarıdan 2,7 sm, aşağıdan 2,0 sm, soldan 2,0 sm, sağdan 2,5 sm. boşluq, interval 1 olmalıdır.
Konfransın keçiriləcəyi yer: Azərbaycan. Bakı, Bakı Dövlət Universiteti, Şərqşünaslıq fakültəsi
Tel.: (+99412) 430 32 45, (+99412) 439 05 17
Ünvan: Akademik Zahid Xəlilov küçəsi, 33
e-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Webpage: http://aos2022.bsu.edu.az/
