Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünaslıq fakültəsinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan şərqşünaslığı Şərq-Qərb elmi-mədəni və ictimai-siyasi dialoqu kontekstində” mövzusunda beynəlxalq elmi konfrans

14 Sentyabr 2022

Dekabr 14-15, 2022

Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan                                                                                                   

 

2022-ci ildə Bakı Dövlət Universiteti  Şərqşünaslıq fakültəsinin yaradılmasının 100 illiyi tamam olur. Şərqşünaslıq fakültəsi mövcud olduğu bir əsr boyunca Azərbaycanda şərqşünas kadrların hazırlanması və şərqşünaslığın bir elm sahəsi olaraq təşəkkülü və inkişafına misilsiz töhfələr vermiş, şərqşünaslıq fakültəsinin yetirmələri ölkənin ədəbi-mədəni və ictimai-siyasi həyatının ən müxtəlif sahələrində uğurla fəaliyyət göstərmişlər.

Təməlini Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsindən götürən Azərbaycan Şərqşünaslıq Məktəbinin imzası dünya şərqşünaslığında da mötəbər yerini tutmuşdur. Şərqşünaslıq fakültəsi tədrisin təşkilindəki zəngin təcrübəsi və ənənələrə, ən yeni və mütərəqqi  dünya standartlarına əsaslanaraq  mütəmadi olaraq inkişaf etmiş, tədris olunan dillərin və ixtisasların sayını artırmış, bu sahədə kadr potensialının yüksəlməsinə nail olmuşdur.

Şərqşünaslıq fakültəsinin artan beynəlxalq əlaqələri, dünyanın bir silsilə tədris və elm mərkəzləri ilə getdikcə sıxlaşan rabitələri nəticə etibari ilə Bakı Dövlət Universitetin xarici ölkələrin universitetləri və araşdırma şəbəkələri ilə münasibətlərinin intensivləşməsində əhəmiyyətli yer tutmaqdadır.

Şərqşünaslıq fakültəsinin yaranmasının 100 illik yubileyinin keçirilməsi Azərbaycanda və eləcə də dünya şərqşünaslığında şərqşünaslığın tədrisi, tədqiqi və təbliği istiqamətində yeni imkanlar açır.  Yubiley münasibəti ilə təşkil ediləcək  beynəlxalq elmi konfrans dünya Şərqşünaslığının bütün mühim  istiqamətləri üzrə, yeni təfəkkür və yanaşmalar əsasında müzakirələri nəzərdə tutur. Konfransın respublikada şərqşünaslığın tədrisi və elminin inkişafına yeni təkan verəcəyi, beynəlxalq əlaqələrin güclənməsinə ciddi təsir göstərəcəyi düşünülür.

  Bakı Dövlət Universitetinin və Türk mədəniyyəti və irsi fondunun birgə təşkilatçılığı ilə 2022-ci il  14-15 dekabr tarixlərində Şərqşünaslıq fakültəsinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan şərqşünaslığı Şərq-Qərb elmi-mədəni və ictimai-siyasi dialoqu kontekstində” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

 

.                       KONFRANS  HAQQINDA

 

Tezislərin təqdim edilməsi üçün son tarix: 25 oktyabr  2022

Tezislərin elan edilmə tarixi: 25 noyabr 2022

Konfransın keçirilmə tarixi : 14-15 dekabr 2022

Konfransın tezislərinin çap olunma tarixi : 25 yanvar, 2023

Tezislər aşagıdakı email adresinə göndərilməlidir: 

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

Konfrans aşağıdakı bölmələr üzrə keçiriləcək:

- Dilşünaslıq

- Ədəbiyyatşünaslıq

- Sosial elmlər və fəlsəfə

- Tarix

 

Konfransın mövzuları:

-  Azərbaycan və Şərq ölkələri arasında mədəni əlaqələr

-  Şərq xalqlarının yazılı abidələri

  - Orta əsr şərq ədəbiyyatı

- Müasir Şərq ədəbiyyatı

- Qloballaşan dünyada şərq dilləri

- Türk dillərinin tədrisinin inkişaf aspektləri

- Türkologiyanın aktual problemləri

- Türk dünyası elmi-mədəni əlaqələri

- Qloballaşma şəraitində dildə mədəni inkişafın aktual məsələləri.

- Mədəniyyətlərarası ünsiyyət və tərcümənin mədəni inkişaf problemləri

- Şərq dillərinin öyrənilməsi və tədrisinin aktual problemləri

- Şərq ölkələrinin mədəniyyətləri

- Dil və üslub məsələləri

- Ədəbiyyat və dil tarixi məsələləri

- Nəzəri və tətbiqi dilçilik

- Tətbiqi dilçilik müstəvisində dil tədqiqatları

- Tərcümənin nəzəri və praktik problemləri

-Qloballaşma şəraitində KİV-in yeri və rolu

-Multikultural siyasət və mədəni dəyərlər

-Müasir dövrdə din və sosial təhlükəsizlik problemi

-Dil və cəmiyyət

-Postmüharibə dövründə Azərbaycanın Qarabağ bölgəsində mədəni irsin bərpası

-Şərq-Qərb: tarixilik və müasirlik

-İslama qədər Qafqaz və Yaxın Şərq əlaqələri

-Heydər Əliyev və Yaxın Şərqin ərəb ölkələri

-Qafqazın Yaxın Şərq ilə əlaqələrində İslamın rolu

-Qafqaz və Yaxın Şərq mədəniyyətinin qarşılıqlı əlaqəsi

-Müasir dövrdə Qafqaz və Yaxın Şərq ölkələri arasındakı əlaqələr

Tezislərin tərtib olunma qaydaları:

Konfransın işçi dili: Azərbaycan, türk, rus və ingilis dilləri

Tezisin adı 12 sözdən çox olmamalıdır.

Tezisin adı: böyük hərflərlə, qalın şrift, şrift  ölçüsü  14 pt, şrift Calibri

Müəllifin soyadı, adı, atasının adı: qalın şriftlə, şrift ölçüsü 12 pt, şrift Calibri

Təşkilat, şəhər və ölkənin adı: adi şriftlə, kursiv, şrift  ölçüsü 12 pt, şrift Calibri

Elektron ünvan: adi şriftlə, kursiv, şrift  ölçüsü 12 pt, şrift Calibri

 

Təqdim olunmuş  tezisin həcmi 500 sözü keçməməli, format A4, fayl formatı *doc, *docx, şrift Calibri, şrift  ölçüsü 14 pt, yuxarıdan  2,7 sm, aşağıdan 2,0 sm, soldan 2,0 sm, sağdan 2,5 sm. boşluq, interval 1 olmalıdır.

 

 

Konfransın keçiriləcəyi  yer: Azərbaycan. Bakı, Bakı Dövlət Universiteti, Şərqşünaslıq fakültəsi

Tel.: (+99412) 430 32 45, (+99412) 439 05 17

Ünvan: Akademik Zahid Xəlilov küçəsi,  33

e-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.                                                     

Webpage:  http://aos2022.bsu.edu.az/

Download Template Joomla 3.0 free theme.