Məqalədə bu gün bütün dünyada aktual problemə çevrilmiş mühacirlər probleminə, onu doğuran ictimai-siyasi, iqtisadi və digər amillərə toxunulub. Xüsusən Ərəb Şərqində bu proses son statistik məlumatlar əsasında izlənilərək, bunun fonunda müasir Misir ədəbiyyatında problemin filoloji prizmalardan işıqlandırılması araşdırılıb.
Qeyd edək ki, sözügedən nəşr “Web of Science”, “Scopus” və digər nüfuzlu beynəlxalq bazalara daxildir.
