Gövhər xanım ümummilli lider Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə gəlişindən sonra Milli Məclis tərəfindən bu hadisələrə hüquqi-siyasi qiymət verildiyini qeyd etdi. G.Baxşəliyeva İslam Konfransı Təşkilatı Parlamentlər İttifaqının Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq kampaniyasına dəstək olaraq qəbul etdiyi bəyannamələrdən söz açdı.
Tədbirdə institut əməkdaşlarından Din və ictimai fikir tarixi şöbəsinin müdiri f.ü.f.d. Esmeralda Həsənova, Ərəb filologiyası şöbəsinin müdiri f.ü.e.d Vilayət Cəfərov, Cənubi Azərbaycan şöbəsinin müdiri t.ü.f.d. doktoru Səməd Bayramzadə, Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri i.ü.e.d. Dünyamalı Vəliyev və başqaları çıxış edərək, Xocalı faciəsinin Azərbaycan xalqını sarsıtdığını, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurduğunu söyləməklə yanaşı, xocalıların amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi apardıqlarını qeyd etdilər.