Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Akademik Şahin Mustafayev Özbəkistanın "Dostluq" ordeni ilə təltif edilib

01 Sentyabr 2022

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı elm və mədəniyyət xadimlərinin mükafatlandırılması ilə bağlı Fərman imzalayıb.

Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri akademik Şahin Mustafayev, həmçinin Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərov, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri Almas Binnətova “Dostluq” ordeni ilə təltif ediliblər.

 

Fərmana əsasən, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının vokalisti Gülyanaq Məmmədovaya “Özbəkistan Respublikasının Xalq artisti” adı verilib.

 

 

Download Template Joomla 3.0 free theme.