Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

AMEA AKAD. Z.M.BÜNYADOV ADINA ŞƏRQŞÜNASLIQ İNSTİTUTU “NAZİM HİKMƏT – 120” ADLI RESPUBLİKA ELMİ KONFRANSINA TEZİS QƏBULUNU ELAN EDİR

19 Avqust 2022

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu 2022-ci il oktyabr ayında Türkiyə ədəbiyyatının görkəmli nümayəndəsi və türk sərbəst şeirinin yaradıcısı şair, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı Nazim Hikmətin anadan olmasının 120 illiyi ilə əlaqədar Respublika elmi konfransı təşkil edəcəkdir.

 

Konfransın mövzuları:

1.Nazim Hikmət və Türk ədəbiyyatı

2.Nazim Hikmət və Azərbaycan

3.Nazim Hikmət yaradıcılığının təsir dairəsi

4.Nazim Hikmət fikir və sənət aləmində

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu “Nazim Hikmət – 120” adlı respublika elmi konfransına tezislərin qəbulunu elan edir.

Tezislər Azərbaycan, türk, rus, ingilis dillərində qəbul edilir.

Məruzə tezislərinin qəbuluna dair tələblər:

- Microsoft Word redaktorunda “Times New Roman” şriftilə - 12, sətirlərarası interval 1.5 olmaqla yazılmalıdır;

- Mətnin əvvəlində ortada böyük və tünd şriftlə məruzənin adı, altında sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı, ata adı, soyadı, onun altında isə iş yeri, elmi dərəcəsi və elektron ünvanı göstərilməlidir;

- Mətnin kənarındakı boşluqlar:

Sol tərəf – 3 sm;

Sağtərəf – 1 sm;

Yuxarı hissə - 2 sm;

Aşağı hissə - 2 sm.

Tezisin mətni 1 səhifədən artıq olmamalıdır. Tezislər This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron ünvanına göndərilməlidir. Tezislərin qəbulunun son tarixi 01 oktyabr 2022-ci ildir.

Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi və tezislərin geri qaytarılması hüququna malikdir.

Ünvan: Bakı şəhəri, H.Cavid pr. 117, AMEA-nın Əsas binası, VII mərtəbə, akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, 715-ci otaq.

Telefon: +994 55 960 24 70

Download Template Joomla 3.0 free theme.