Gülər Qafqazlı Forumda avqustun 3-də “Sovet dövründə Azərbaycan müsəlman qadını” mövzusunda məruzə edib. Leyla Məlikova isə avqustun 4-də “XIX əsrin ortalarından XX əsrin əvvəllərinədək Şimali Qafqazda islamın identikliyinin transformasiyasında Nahdanın rolu” mövzusunda məruzə ilə çıxış edib. Şərqşünas alimlərimizin məruzələri Forumda maraqla qarşılanıb.


