Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN ƏMƏKDAŞI STOKHOLMDA KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSDA MƏRUZƏ EDİB

30 İyun 2022

AMEA-nın akad. Z.M.Bünyadov adına  Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin  aparıcı elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mikayılzadə iyunun 25-də İsveçin paytaxtı Stolkholmda keçirilən və Əhməd Cavadın 130 illik yubileyinə həsr olunan “Yol ver Türkün bayrağına! ” adlı XXVII Beynəlxalq elmi konfransda onlayn şəkildə iştirak edib.

L.Mikayılzadə Ədəbiyyatşünaslıq və  folklor bölməsinə maderatorluq edib, həm də “İranın müasir bədii nəsrinin formalaşması və inkişafı, onun janr və üslubi xüsusiyyətləri (1953 – 1963-ci illər kontekstində)” mövzusunda məruzə edib.  Məruzədə İranın müasir bədii nəsrinin formalaşması və inkişafı, onun janr və üslubi xüsusiyyətləri məsələləri nəzərdən keçirilir, XX  əsrdə İranın siyasi, sosial, iqtisadi və mədəni həyatına  birbaşa təsir edən proseslər araşdırılır, fərqli, yeni ədəbi formaların meydana gəlməsi və inkişafı yolları  təhlil edilir. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Download Template Joomla 3.0 free theme.