Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

İRANLI ALİMLƏR ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA OLUBLAR

06 Fevral 2017

Fevralın 6-da İran İslam Respublikasından olan bir qrup alim və müəllim AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. Tehran Universitetinin Qafqaz Araşdırmaları Mərkəzinin müdiri Mehdi Hüseyninin rəhbərlik etdiyi qrupa fondun əməkdaşlarından Abid Noruzi, Şiva Əlizadə, həmçinin Şəhid Beheşti Universitetinin əməkdaşı Həmidreza Əzizi daxil idi. İranlı alimləri İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi müşayiət edirdi.



Şərqşünaslıq İnstitutunun kollektivi ilə görüşdə qonaqları salamlayan institutun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva Azərbaycan və İran arasında elmi-mədəni əlaqələrdən danışdı, Şərqşünaslıq İnstitutunun İranın elm və təhsil müəssisələri ilə əməkdaşlığından bəhs etdi.

İran Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsindən danışdı və iranlı alimləri görüş iştirakçılarına təqdim etdi.

Qafqaz Araşdırmaları Mərkəzinin müdiri Mehdi Hüseyni rəhbərlik etdiyi mərkəzin fəaliyyətindən söz açdı və Azərbaycanla İranın elm və təhsil müəssisələrinin, o cümlədən Qafqaz Araşdırmaları Mərkəzi ilə Şərqşünaslıq İnstitutunun elmi əməkdaşlığının hər iki tərəfə böyük fayda verə biləcəyini, alimlərin tədqiqat işlərinin səmərəliliyini artıracağını qeyd etdi.

Şərqşünaslıq İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev İranda elmin yüksək nailiyyətlərinin olduğunu və Azərbaycan elminin də zəngin ənənələrinin olduğunu qeyd edərək, müştərək elmi fəaliyyətin elmə böyük fayda verə biləcəyinə əminliyini bildirdi.

Daha sonra Şəhid Beheşti Universitetinin əməkdaşı Həmidreza Əzizi, Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, t.ü.e.d. Solmaz Rüstəmova-Tohidi, Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, i.ü.e.d. Dünyamalı Vəliyev çıxış edərək, qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən danışdılar.

Sonra iranlı alimlər Şərqşünaslıq İnstitutunun rəhbərliyi və aparıcı iranşünas alimləri ilə müəssisələr arasında qarşılıqlı elmi əməkdaşlığın perspektivlərini müzakirə etdilər.

 

 

Download Template Joomla 3.0 free theme.