Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN ƏMƏKDAŞI BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB

04 İyun 2022

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin kiçik elmi işçisi Aynurə Məmmədova mayın 29-da Türkiyənin Əskişəhir şəhərində keçirilmiş "Şuşa: Zəfərin təntənəsi" adlı XXVI Beynəlxalq elmi konfransda onlayn formatda iştirak edib. Şərqşünas alim konfransda "Qarabağda vandalizmə məruz qalmış tarixi abidələrimiz" mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində Qarabagda erməni vandalları tərəfindən dağıdılan dini tarixi abidələr, məscidlər, mədəniyyət ocaqları haqqında geniş məlumat verib və onların yenidən təmir və bərpası ilə bağlı görülən işlərdən bəhs edib.

Download Template Joomla 3.0 free theme.