Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Akademik Gövhər Baxşəliyeva “Azərbaycan arxeologiya, etnoqrafiya və antropologiya elmlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda məruzə edib

11 May 2022

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda “Heydər Əliyev-99:arxeologiya, etnoqrafiya və antropologiya elmlərinə dövlət qayğısı”mövzusunda elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva açıb.

O, “Azərbaycan arxeologiya, etnoqrafiya və antropologiya elmlərinin inkişafında Heydər Əliyevin rolu” adlı məruzəsində qeyd edib ki, ümummilli lider ölkəmizdə istər birinci, istərsə də ikinci hakimiyyəti dövründə elm də daxil olmaqla, həyatın bütün sahələrinə öz qayğısını əsirgəməyib.Ulu ÖndərHeydər Əliyevin liderlik keyfiyyətlərinin dünya miqyasında da tanındığını qeyd edən akademik vurğulayıb ki, bu gün onun uzaqgörən siyasəti layiqli davamçısı, respublikamızın Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Alimin sözlərinə görə, cənab Prezidentin məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu günü-gündən artır, Azərbaycan artıq söz sahibi olan qüdrətli dövlətə çevrilib və bu mövqeyə çatmaqda Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətləri əvəzsizdir. G.Baxşəliyeva bildirib ki, ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Sonra çıxış edən Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov “Azərbaycanda arxeologiya, etnoqrafiya və antropologiya elmlərinə dövlət qayğısı” adlı məruzəsində Ulu Öndərin və ölkə başçısının tariximizə, mədəniyyətimizə, arxeoloji və memarlıq abidələrinə olan qayğısından söz açıb.

Tədbirdə, həmçinin alimlərdən Zaur Həsənov, Hidayət Cəfərov, Güllü Yoloğlu, Əsədulla Cəfərov, Vəfa Mahmudova, Səfər Aşurov və Akif Quliyevin mövzuya dair məruzələri dinlənilib.

Download Template Joomla 3.0 free theme.