Daha sonra türk xalqının XX əsrin əvvəllərində qazandığı Çanaqqala zəfərinin 100 illiyi ilə əlaqədar bir sıra məqalələr və həmin hadisəyə həsr olunmuş elmi konfrans haqqında məlumat təqdim edilir.
Jurnalın “Ədəbiyyat” bölməsində Seyid Yəhya Şirvani, Kərim Məşrutəçi Sönməz və Haşım Tərlana həsr olunmuş elmi məqalələr, “Dilçilik” bölməsində "Borhan-e Qate”də fars dilinin leksik məsələlərinə həsr olunmuş məqalə, “Din və ictimai fikir” bölməsində Radikal islamçıların hakimiyyət konsepsiyasına və Avropada islamofobiyaya həsr olunmuş yazılar yer alır.
Jurnalda həmçinin Şərqşünaslıq İnstitutunda ermənilərin Cənubi Azərbaycanda xalqımıza qarşı soyqırım aktları ətrafındakı araşdırmalar barədə yazı, yeni kitablar haqqında rəy və məlumatlar, Şərqşünaslıq İnstitutunun 2014-cü il üçün hesabatı, İnstitutda keçirilən tədbirlər haqqında məlumatlar və s. dərc olunub.