Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünas alimlər beynəlxalq konfransda məruzə ediblər

05 May 2022

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun bir qrup əməkdaşı və dissertantı Bakı Biznes Universitetində keçirilmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Linqvistik keyfiyyət təminatı: dil və iqtisadiyyatın qarşılıqlı inkişaf prioritetləri” adlı beynəlxalq elmi-praktiki konfransda iştirak edib.

 

Konfransda institutun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Bayramova “Qədim ərəb abidələrinin tərcüməsinin leksik keyfiyyət təminatı", Ərəb filologiyası şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanımzər Kərimova “Tənuxinin əsərlərində dil üslubu”, İnstitutun dissertantları - Vüsalə Hüseynova "Tomas Haydenin ingilis şərqşünaslığında rolu" və Könül Şimiyeva "Ərəb dilçiliyinin yaranması" mövzusunda məruzələ ediblər.

Download Template Joomla 3.0 free theme.