Səməd Bayramzadə AMEA-nın Rəyasət heyətinin 01 aprel 2022-ci il tarixli qərarı ilə elmi və elmi təşkilati fəaliyyətində fərqləndiyinə görə 27 mart - "Elm günü" münasibətilə AMEA-nın Fəxri fərmanı ilə təltif edilib.
Fəxri fərmanı Səməd Bayramzadəyə AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva təqdim edib.