Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ƏRƏB LİQASI ÖLKƏLƏRİ NƏZDİNDƏKİ ƏLYAZMALAR İNSTİTUTUNUN DİREKTORU ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA OLUB

08 Dekabr 2016

Ərəb liqası ölkələri nəzdindəki Əlyazmalar İnstitutunun direktoru dr. Feysəl əl-Hafyan dekabrın 8-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. O, əvvəlcə Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Gövhər Baxşəliyeva ilə görüşüb.

 

G.Baxşəliyeva Azərbaycanın ərəb ölkələri ilə elmi, mədəni əlaqələrindən söz açaraq, bu əlaqələrin möhkəmlənməsində şərqşünas alimlərin mühüm rolunu qeyd edib. Gövhər xanım Şərqşünaslıq İnstitutunda ərəb ölkələrininin tarixi, iqtisadiyyatı, ərəb dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan söz açıb, ərəb mənbələrində bir çox xalqların, o cümlədən Azərbaycanın tarixinə dair mühüm məlumatların olduğunu qeyd edib.

Feysəl əl-Hafyan 1946-cı ildə yaradılmış Ərəb liqası ölkələri nəzdindəki Əlyazmalar İnstitutunun tarixindən danışıb, institutda 300 minə yaxın əlyazmaların və əlyazma surətlərinin saxlanıldığını bildirərək, onlar barədə məlumat verib.

Görüşdə institutlar arasında əməkdaşlığın perspektivlərindən, qarşılıqlı kitab mübadiləsindən söz açılıb.

Daha sonra Feysəl əl-Hafyan Şərqşünaslıq İnstitutunda çalışan ərəbşünas alimlərlə görüşüb.  O, rəhbərlik etdiyi institutun fəaliyyəti, orada qorunan əlyazmalar barədə məlumat verib. Daha sonra Şərqşünaslıq İnstitutunun əməkdaşları qonağı öz elmi işləri ilə məlumatlandırıblar. Sonda Feysəl əl-Hafyan ərəbşünas alimləri maraqlandıran sualları cavablandırıb.

 

 

Download Template Joomla 3.0 free theme.