Konfrans öz işinə AMEA-nın əsas binasında (H.Cavid pr. 115, Akademiya şəhərciyi, Əsas bina, II mərtəbə) noyabrın 21-də saat 11:00-da plenar iclacla başlayacaq. Daha sonra konfrans öz işini Şərqşünaslıq İnstitutunda (H.Cavid pr. 115, Akademiya şəhərciyi, Əsas bina, VII mərtəbə) keçiriləcək 4 bölmə üzrə (Türk dillərinin tarixi; Türk xalqlarının ədəbiyyatı; Türk xalqlarının tarixi və mənbəşünaslığı, türk xalqlarının arxeologiya və etnoqrafiyası; Türk xalqlarının iqtisadiyyatı, türk xalqlarının fəlsəfəsinin və mədəniyyətşünaslığının aktual problemləri) iclaslarda davam etdirəcək.
Noyabrın 22-də saat 16:00-da Şərqşünaslıq İnstitutunda konfransın bağlanışı olacaq.