1720-ci ildə Osmanlı imperiyasının Cənubi Qafqazı fəthi dövründə dövlətin maliyyə məmurları tərəfindən mövcud qaydalara uyğun olaraq, yeni fəth olunmuş ərazilər üçün vergi reyestrləri (təhrir dəftərləri) tərtib edilmişdir. Oxucuların diqqətinə təqdim olunan “Tiflis əyalətinin müfəssəl dəftəri” də məhz həmin dövrün məhsuludur. Bir zamanlar vergi ödəyən əhalini qeydiyyata almaq və vergitoplama işlərini həyata keçirmək məqsədilə hazırlanmış bu sənəd hazırda XVIII əsrin ilk onilliklərində Borçalı və Qazax ellərinin sosial-iqtisadi tarixinə dair ən mötəbər və dəyərli qaynaqlardan biridir.
Kitabın girişində Tiflis əyalətinin müfəssəl dəftəri barədə ətraflı məlumat verilir. Daha sonra sözügedən dəftərin tərcüməsi təqdim edilir. Burada ilk olaraq Tiflis əyalətinin kəndlərinin siyahısı təqdim edilir. Siyahıya 1028 kəndin adı daxildir. Daha sonra müxtəlif nahiyələrin vergi ödəyiciləri barədə ətraflı məlumat verilir.
Sonda qısa terminoloji sözlük, kənd, məzrəə, qışlaq, oymaq, tayfa, camaat adlarının göstəriciləri təqdim edilir.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA “TİFLİS ƏYALƏTİNİN MÜFƏSSƏL DƏFTƏRİ: BORÇALI VƏ QAZAX (1728-Cİ İL)” KİTABI ÇAPDAN ÇIXIB
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Tiflis əyalətinin müfəssəl dəftəri: Borçalı və Qazax (1728-ci il)” kitabı çapdan çıxıb. Bu, İnstitutda 2001-ci ildə işıq üzü görmüş eyniadlı kitabın təkmilləşdirilmiş yeni nəşridir.
Kitabda ön söz, tərcümə və şərhlər Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, akademik Şahin Mustafayevindir.