Görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinə onlarla nəzirələrdə hər bir şair Nizaminin qoyduğu ideyaları öz düşüncələrinə uyğun olaraq təqdim edib. Belə nəzirə müəlliflərindən biri olan Abdullah Hatifinin Nizami Gəncəvinin “Yeddi gözəl”indən təsirlənərək yazdığı “Həft mənzər” əsərində gözəllər üçün tikilmiş yeddi imarətdən bəhs edilir. Burada cərəyan edən hekayələrin hər biri ibrətamiz mövzuya həsr olunub. Əsərin fars dilindən Azərbaycan dilinə həm filoloji, həm də nəzmlə tərcüməsi Azərbaycan oxucusuna Nizami dühasının təkcə öz əsərlərində deyil, həm də yaratdığı məktəbdə də əks olunduğunu göstərmək məqsədi daşıyır.
Abdullah Hatifinin “Həft mənzər” əsəri 2224 beytdən ibarətdir. Fars dilində olan orijinal mətnin qarşısında tərcümələri verilib. Kitabın çapı Nizami ənənələrinin digər şairlərin yaradıcılığına təsirini müşahidə etməkdə oxuculara kömək edəcək.