Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünaslıq İnstitutunda Haldun Tanerin 100 illiyinə həsr olunmuş elmi sessiya keçirildi

14 Dekabr 2015

Dekabrın 14-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli Türkiyə yazıçısı və dramaturqu Haldun Tanerin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi sessiya keçirildi.

Sessiyanın işini giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Gövhər Baxşəliyeva dedi ki, türk ədəbiyyatı tarixində yazıçı, dramaturq, publisist, sənətşünas kimi tanınan Haldun Taner, Cümhuriyyət dövrü türk ədəbiyyatının ən öndə gələn, tanınmış ziyalılarından biri olub. Haldun Tanerin yazdığı əsərlər bu gün də istər mövzu, istər janr cəhətdən öz aktuallığını itirmir. Bunun nəticəsidir ki, onun anadan olmasının 100 illiyi beynəlxalq aləmdə qeyd olunur. Belə ki, 1993-cü ildən sonra Türk mədəniyyət tarixində iz qoyacaq tədbirlər həyata keçirən TÜRKSOY, Türk dünyası mədəniyyət və sənət aləminə əbədi əsərlər ərmağan etmiş görkəmli şəxsiyyətlərin əsərlərinin yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədilə bir çox tədbirlər həyata keçirməkdədir. TÜRKSOY-un bu ili Haldun Taner ili elan etməsi və bu çərçivədə keçirilən tədbirlər sənətkarın təbliğində böyük rol oynayır. 

Azərbaycan ziyalılarının, Azərbaycan oxucusunun Haldun Taner yaradıcılığına göstərdiyi diqqəti, marağı, hörməti vurğulayan G.Baxşəliyeva bildirdi ki, ədibin 100 illiyi ilə əlaqədar Türkiyədə keçirilmiş teatr əsərləri yarışmasına Azərbaycandan 16 əsərin göndərilməsi də buna bariz nümunədir. 

Şərqşünaslıq İnstitutunun «Türk filologiyası» şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Xalidə Qafqazlı sessiyada «Haldun Tanerin yaradıcılıq yolu» mövzusunda məruzə etdi. Haldun Tanerin dövrünün Türkiyə ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olduğunu qeyd edən X.Qafqazlı yazıçının yaradıcılıq yoluna nəzər saldı, bu yolun əsas məqamlarına diqqəti çəkdi. 

Şərqşünasıq İnstitutunun «Türk filologiyası» şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sədaqət Qasımlı «Haldun Tanerin hekayə yaradıcılığı mövzusunda məruzə etdi. Məruzədə qeyd edildi ki, görkəmli türk nasiri və dramaturqu Haldun Taner hekayə yaradıcılığına 1945-ci ildən başlamışdır. Yazıçının əsasən İstanbul həyatını əks etdirən hekayələri ictimai-siyasi, ailə məişət və psixoloji üsulla yazılan mövzulara bölünür. Bu hekayələr mövzusunun hansı sahədən götürülməsindən asılı olmayaraq, qüvvətli realizm, əhatə dairəsi, forma, məzmun orijinallığı, aydın yumor və kəskin satirası ilə nəzəri cəlb edir. Yazıçı 1950-60-cı illərdə Türkiyənin həyat həqiqətlərini əks etdirən yüksək bədii ümumiləşdirməyə malik, dolğun məzmunlu hekayələrində müxtəlif problemlər qaldırır və onların bədii ifadəsinə çalışır. 

İnstitutun «Türk filologiyası» şöbəsinin kiçik elmi işçisi Xanım Abdullayeva «Haldun Tanerin dramaturgiyasına dair bəzi mülahizələr» mövzusunda məruzə etdi.  Cümhuriyyət dövrü türk dramaturgiyası haqqında söz açılanda ağla gələn ilk yazıçılardan birinin məhz H.Taner olduğunu söyləyən məruzəçi onun Azərbaycan - Türkiyə ədəbi-mədəni əlaqələrinin inkişafı baxımından da önəmli yazıçı olduğunu söyləyərək, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ədəbiyyatından ölkəmizdə yayınlanan ilk teatr əsərinin məhz H.Tanerin "Günün adamı" əsəri olduğunu qeyd etdi. Məruzədə H.Taner dramaturgiyası haqqında ətraflı söz açıldı.

 

 

Download Template Joomla 3.0 free theme.