Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

“ORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ AİD ƏRƏB MƏNBƏLƏRİNDƏN SEÇMƏLƏR” KİTABI İŞIQ ÜZÜ GÖRÜB

11 Noyabr 2016

AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Orta əsrlər Azərbaycan tarixinə aid ərəb mənbələrindən seçmələr” kitabı işıq üzü görüb. Kitabda təqdim olunan seçmələrin tərcüməsini, qeyd və şərhlərin yazılması və tərtibini İnstitutun böyük elmi işçisi t.ü.f.d. Nüşabə Bayramlı həyata keçirib.

 

Orta əsrlər Azərbaycan tarixinə aid ərəb mənbələrindən seçmələr kitabında aşağıdakı mənbələrdən nümunələrin tərcüməsi təqdim olunur:

1)                             Əbu Duləf. İkinci Risalə (məktub).

2)                             əl-İstəxri. Kitab Məsalik əl-məmalik (Məmləkətlərin yolları kitabı) – çıxarışlar.

3)                             Şihab əd-Din ən-Nəsəvi. Sultan Cəlal əd-Din Mənkburnunun həyatının təsviri – çıxarışlar.

Adları çəkilən bu mənbələrin hər birində Azərbaycanın (həm şimalı, həm də cənubu) tarixi, coğrafiyası, milli tərkibi, yeraltı və yerüstü sərvətləri, tarixi-memarlıq abidələri, adət-ənənələri, mədəniyyət  və s. haqda çoxlu maraqlı və qiymətli məlumatlar var.

Qeyd etmək lazımdır ki, yuxarıda adları çəkilən mənbələrdən alınan çıxarışların tərcüməsi ərəbcə mətnlərlə tutuşdurulmaqla digər dillərdəki variantlar əsasında həyata keçirilib. Məsələn, Əbu Duləfin “İkinci Risalə”si P.Q.Bulqakov və A.B.Xalidovun rus dilində nəşr etdirdikləri (П.Г.Булгаков и А.В.Халидов. Вторая записка Абу Дулафа. М., 1960), “Əbu Duləfin İkinci Risaləsi” kitabı və kitabda verilmiş ərəbcə mətn  əsaslnda, eləcə də ən-Nəsəvinin Cəlal əd-Din Mənkburnunun həyatının təsviri əsərinin tərcüməsi akademik Z.M.Bünyadovun 1973-cü ildə Bakıda çap olunmuş “Жизнеописание Султана Джалал ад-Дина Манкбурну” kitabına istinadən mətnlə bağlı qeyd və şərhlər daxil olmaqla həyata keçirilib.

Download Template Joomla 3.0 free theme.