Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNAS ALİM QUBA “SOYQIRIMI MEMORİAL KOMPLEKSİ”NİN KEÇİRDİYİ SEMİNARDA MƏRUZƏ EDİB

20 Yanvar 2022

Yanvarın 20-də Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin təşkilatçılığı ilə “20 yanvar- Müstəqilliyə gedən yol” mövzusunda onlayn elmi seminar keçirilmişdir. Kompleks əməkdaşlarının iştirakı ilə keçirilən seminarda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d, dosent Sübhan Talıblının mövzu ilə əlaqədar məruzəsi dinlənilmişdir. Tarixçi alim məruzəsində 20 Yanvar 1990-cı il tarixində uzun illər sovet imperiyasının əsarətində yaşayan Azərbaycan xalqının azadlıq səsini ucaltdığını və müstəqillik yolunda şərəfli bir tarix yazıldığını həmin dövr hadisələrini təhlil etməklə seminar iştirakçılarının nəzərinə çatdırmışdır.

Download Template Joomla 3.0 free theme.