AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda müsəlman maarifçisi və xeyriyyəçisi Əhməd Tutuncinin “Həyat dərslərim” kitabı çapdan çıxıb. Əsəri ərəb dilindən Azərbaycan dilinə institutun Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov tərcümə edib.
Kitabda Əhməd Tutuncinin həyatı və fəaliyyəti haqqında məlumat verilir, həyat təcrübəsi onun öz dilindən nəql olunur.
İraqlı alim Əhməd Tutunci ABŞ-da doktorluq dissertasiyasını müdafiə edib. O, elmi müstəvidə Liviya və Səudiyyə Ərəbistanında neft tədqiqatları mərkəzləri açmış, həm islama çağırış işi müstəvisində Ümumdünya Müsəlman Gəncliyi Assosiasiyasını yaratmış, həm də humanitar sahədəÜmimdünya İslam Xeyriyyə Təşkilatını təsis etmişdir. Onun yaratdığı qurumlar arasında həmtəsisçisi olduğu Beynəlxalq İslam Fikri İnstitutu da var.
Əhməd Tutuncinin “Həyat dərslərim” kitabının ayrı-ayrı bölümlərində “Həmrəylik və fikir ayrılığı”, “Mömünlərin əməkdaşlığı”, “Dialoq sənəti”, “Söz və əməl”, “Şəffaflıq və aşkarlıq”, “Böyüklər və gənclər”, “İnkişaf edən liderlər”, “Rəqiblərə münasibət” və s. mövzulara toxunulur.