Qeyd edilir ki, ayələrin dili ilə həm Peyğəmbərin hədislərinin, həm də Cahiliyyət poeziyası dili arasında üslub, ifadə üsulları, sintaktik konstruksiyalar baxımından fərqlər mövcuddur.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda suriyalı ərəbşünas Əhməd Bəssam Sainin “Qurani-Kərimin dili: ecazkarlıq, yoxsa sadəcə istedad?” kitabı çapdan çıxıb. Əsəri ərəb dilindən Azərbaycan dilinə institutun Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov tərcümə edib.
Ərəb poeziyası mütəxəssisi, folklorşünas Bəssam Sainin müəllifi olduğu kitabda Quranın dil ecazkarlığı mövzusu tədqiq edilir, ifadə bacarığının “bəşəri” və “ilahi” formalarından söz açılır, Quranın dilinin VII əsr üçün yeni olmağı, həmin dövrün ərəb dilindən yeniliyi ilə seçilməsi iddiası irəli sürülür.
Qeyd edilir ki, ayələrin dili ilə həm Peyğəmbərin hədislərinin, həm də Cahiliyyət poeziyası dili arasında üslub, ifadə üsulları, sintaktik konstruksiyalar baxımından fərqlər mövcuddur.