Monoqrafiyada XVII əsrin sonu - XVIII əsrin əvvəllərində Azərbaycanda yaşamış dilçi alim İbrahim əl-Araşinin həyat və yaradıcılığı haqqında material təqdim olunub. Dilçilik elminə alimin 2 əlyazma əsəri məlumdur. Monoqrafiyada hər iki əsər tədqiqata cəlb edilib və əsas diqqət “əl-Haşiyə əla şarhi-l-Unmuzəc lil-ərdəbili” əsərinə ayrılıb.
Monoqrafiyanın birinci fəslində İbrahim əl-Araşinin həyatı və yaradıcılığı haqqında məlumat verilir, alimin qeyd edilən 2 əlyazma əsərindən ətraflı bəhs edilir. İkinci fəsildə “əl-Haşiyə əla şarhi-l-Unmuzəc lil-ərdəbili” əsərinin dilçilik baxımından təhlili aparılır.
Kitabda “əl-Haşiyə əla şarhi-l-Unmuzəc lil-ərdəbili” əsərinin Azərbaycan dilinə tərcüməsi və şərhlər təqdim edilir.