Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNAS ALİM ROİDA RZAYEVANIN TƏDQİQATI “REVİSİTİNG İBN SİNA’S (AVİCENNA) HERİTAGE” TOPLUSUNDA İŞIQ ÜZÜ GÖRÜB

15 Dekabr 2021

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru Roida Rzayevanın Ibn Sina and His PhilosophicalLegacy (İbn Sina və onun fəlsəfi irsi) adlı tədqiqatıRevisiting Ibn Sina’s (Avicenna) Heritage(İbn Sinanın (İbn Sina) irsinə yenidən baxış) toplusunda nəşr olunub.

R.Rzayeva tədqiqatında İslam tarixinin ən böyük mütəfəkkirlərindən sayılan və bu gün də bir çox ölkələrin, xüsusən də Avropanın dərsliklərində yer alan və bir çox alimlərə təsir edən İbn Sinanın dünya fəlsəfi fikrinə töhfəsini təhlil edib. O, fəlsəfənin bir çox mənbədən qidalandığına baxmayaraq, bu və ya digər tarixi dövrdə müəyyən mədəniyyət, sivilizasiya və mütəfəkkirlərin daha çox təsiri altında qaldığını və beləliklə də bəzi dövrlərdə şərq və ya qərb mütəfəkkirlərinin fəlsəfi fikrə təsirinin daha çox olduğunu qeyd edir.

 

Türkiyəli professor Kadircan Keskinboranın redaktorluğu ilə nəşr olunan topluda Türkiyədən professor Mehmet Bayrakdar, dosentlər Engin Erdem və Ömər Faruk Ərdoğan, professor Esin Kahya, dosent Ferdi Koç, professorlar Yavuz Ünat və Hakkı Turabinin fikirləri yer alarkən, Amerikadan fəlsəfə doktoru Qlen M. Kuper, İrandan fəlsəfə doktoru Hamed Arezaei, Rumıniyadan professor Dana Baran, Azərbaycandan müxbir üzv Səlahəddin Xəlilov, İngiltərədən fəlsəfə doktoru Peter Starr və professor Maykl Saç kimi alimlərin də tədqiqatları yer alıb.

Revisiting Ibn Sina’s (Avicenna) Heritage (İbn Sinanın (İbn Sina) irsinə yenidən baxış)kitabının beynəlxalq satışına başlanılıb. İsveçrədə yerləşən “Peter Lang” nəşriyyatı tərəfindən ingilis dilində nəşr olunan kitab ilk olaraq Almaniyada rəflərdə yerini alıb.

Download Template Joomla 3.0 free theme.