Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə çıxışında yubilyarla 1979-cu ildə institutun Cənubi Azərbaycan şöbəsində birgə başladıqları elmi fəaliyyətdən, onunla birgə 1983-cü ildə Moskvada SSRİ EA Şərqşünaslıq İnstitutunda stajor-tədqiqatçı olaraq çalışdığı dövrdən danışıb. S.Bayramzadə V.Mustafayevin elmi fəaliyyətindən, çap olunmuş kitablarından ətraflı bəhs edib.
Daha sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, fəl.ü.e.d. Eynulla Mədətli, AMEA-nın Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d. Əkrəm Bağırov, Şərqşünaslıq İnstitutu əməkdaşlarından i.ü.f.d. Əkrəm Bije, t.ü.e.d. Solmaz Rüstəmova Tohidi, fəl.ü.f.d. Esmeralda Həsənova, t.ü.f.d. Fərda Əsədov, t.ü.f.d. Sübhan Talıblı, t.ü.f.d. Əfşan Şəfiyeva çıxış edərək Vidadi Mustafayevin şərqşünaslıq elmində tutduğu mövqeyindən danışıblar, yubilyarı təbrik ediblər.
Sonda çıxış edən Vidadi Mustafayev tədbirin təşkilatçı və iştirakçılarına öz təşəkkürünü bildirib.