Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNAS ALİM SANKT-PETERBURQDA KEÇİRİLƏN BEYNƏLXALQ SİMPOZİUMDA MƏRUZƏ EDİB

30 Noyabr 2021

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü noyabrın 28-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Mədəniyyətlərarası dialoq” 20-ci Beynəlxalq elmi simpoziumda onlayn şəkildə iştirak edib.

Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan və Çindən 67 alimin qatıldığı simpoziumda azərbaycanlı şərqşünas “Məhəmməd Füzulinin ərəbcə şeirləri klassik ərəb poeziyası kontekstində” mövzusunda məruzə edib.

 

Məruzədə Füzulinin ərəbcə şeirlərinin ərəb poetik ənənələri zəminində araşdırılmasından bəhs edilib. Qeyd olunub ki, məna və məzmununa görə 16-cı əsr ərəb poeziya nümunələrindən üstünlüyü ilə fərqlənərək "fusəhayi-ərəbdə məşhur olan" və "ərəb fəsihlərini məsrur edən" bu şeirlər ərəb ədəbiyyatında əhəmiyyətli mövqe əldə etməyə layiq və qadirdir.

Download Template Joomla 3.0 free theme.