Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

YENİ AZƏRBAYCAN PARTİYASININ ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA ƏRAZİ PARTİYA TƏŞKİLATININ HESABAT-SEÇKİ İCLASI KEÇİRİLİB

22 Noyabr 2021

Noyabrın 22-də Yeni Azərbaycan Partiyasının AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Toplantıda Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, təşkilatın baş məsləhətçisi  Elnarə Mustafayeva və Şərqşünaslıq İnstitutunda ərazi partiya təşkilatının üzvləri iştirak edirdilər.

 

Toplantını giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev partiyanın ərazi təşkilatlarının fəaliyyətinin əhəmiyyətindən danışıb və hesabat üçün sözü YAP-ın Şərqşünaslıq İnstitutunda ərazi partiya təşkilatının sədri, İnstitutun Təhsil şöbəsinin müdiri, f.ü.f.d., dosent Lalə Bayramovaya verib.

Lalə Bayramovaya YAP-ın Şərqşünaslıq İnstitutunda ərazi partiya təşkilatının ötən 5 il ərzindəki fəaliyyəti barədə ətraflı məlumat verərək, hazırda yeni qəbul olunan 14 nəfərlə birlikdə təşkilatın 55 üzvü olduğunu qeyd edib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva çıxış edərək YAP-ın Şərqşünaslıq İnstitutunda ərazi partiya təşkilatının fəaliyyətini yüksək dəyərləndiriblər.

Sonra Yeni Azərbaycan Partiyasının Şərqşünaslıq İnstitutunda ərazi partiya təşkilatına yeni seçkilər keçirilib. Səsvermədə təşkilat üzvlərinin yekdil qərarı ilə öncəki dövrdə səmərəli fəaliyyətləri nəzərə alınaraq, yenidən sədr vəzifəsi f.ü.f.d. Lalə Bayramovaya, müavin vəzifəsi isə f.ü.f.d. Xanımzər Kərimovaya həvalə edilib.

Daha sonra YAP-ın Şərqşünaslıq İnstitutunda ərazi partiya təşkilatına üzvlüyə yeni qəbul olunan institut əməkdaşlarına vəsiqələr təqdim edilib.

Download Template Joomla 3.0 free theme.