Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN ƏMƏKDAŞI ƏLCƏZAİR TELEVİZİYASINDA ERMƏNİSTANIN SON TƏXRİBATINDAN DANIŞIB

19 Noyabr 2021

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin elmi işçisi Elnur Mustafayev Əlcəzair Dövlət Televiziyasına müsahibə verib. Şərqşünas alim Ermənistan hərbi-siyasi hakimiyyətinin Qarabağ ərazisində törətdiyi son hərbi təxribatlar barəsində danışıb. E.Mustafayev işğalçı qüvvələrin hərbi təxribata əl ataraq anidən hücuma keçdiyini, strateji əhəmiyyətə malik hündürlükləri ələ keçirmək istədiklərini vurğulayıb. Həmçinin Azərbaycan silahlı qüvvələrinin dərhal reaksiya verərək hərbi təxribatın qarşısını qətiyyətlə aldığını, eyni zamanda Ermənistan işğalçı qüvvələrinin bir sıra hərbi texnikasını məhv etdiyini ərəbdilli izləyicilərə çatdırıb.

Download Template Joomla 3.0 free theme.