Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

SÜBHAN TALIBLI ŞAMAXIDA KONFRANSDA MƏRUZƏ EDİB

16 Noyabr 2021

Şamaxıda İsmayıllı RMİ-nin və Şamaxı Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği məqsədilə “Milli dirçəlişdən Milli tərəqqiyə gedən yol" adlı elmi-praktik konfrans təşkil olunub.

Konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzərək ehtiramlarını bildiriblər. Sonra iştirakçılar mərkəzin fondunda qorunub saxlanılan eksponatlardan və Şamaxı Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

 

Daha sonra mərkəzin konfrans zalında davam edən tədbirdə Ümummilli lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin direktoru Könül Eyvazova konfransı açıq elan edərək bildirib ki,Ulu Öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır. Azərbaycanın xx əsr tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun böyük quruculuq fəaliyyəti ilə bağlıdır.

Konfransda söylənilən məruzələr sırasında AMEA-nınakademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Sübhan Talıblının “Ümummilli lider Heydər Əliyev: müstəqillikdən dövlətçiliyə” adlı məruzəsi yer alıb.

Download Template Joomla 3.0 free theme.