Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN ƏMƏKDAŞININ MƏQALƏSİ RUSİYADA NÜFUZLU JURNALDA DƏRC EDİLİB

01 Noyabr 2021

       AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin aparıcı elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Səbinə Nemətzadənin Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Səbirə Nemətzadə ilə həmmüəlliflikdə “Türk-İslam əlyazma sənətləri dinin tarixi və fəlsəfəsi aspektində” adlı məqaləsi Rusiyada nəşr edilən, Web of Science, Scopus və digər nüfuzlu beynəlxalq bazalara daxil olan “Voprosı istorii” jurnalında dərc edilib.



      Məqalədə türk-islam əlyazma sənəti dinin tarixi və fəlsəfəsi aspektində araşdırılır. Burada hər biri dini dəyərlərin tarixi yaddaşını, identiktliyini özündə daşıyan simvol və motivlərin fəlsəfi şərhi öz əksini tapmışdır.

Download Template Joomla 3.0 free theme.