Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

“İRAN İSLAM RESPUBLİKASININ QAFQAZ SİYASƏTİNDƏ DAĞLIQ QARABAĞ PROBLEMİ (1991-2005-Cİ İLLƏR)” ADLI KİITAB İŞIQ ÜZÜ GÖRÜB

25 Avqust 2016

Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının “İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi (1991-2005-ci illər)” kitabı çapdan çıxıb.

 

Nəşrin elmi redaktoru Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan tarixi şöbəsinin müdiri Səməd Bayramzadə, rəyçiləri isə Qafqazşünaslıq İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Musa Qasımlı, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov və həmin elm müəssisəsinin beynəlxalq münasibətlər tarixi şöbəsinin müdiri Həsən Əlibəylidir.

Monoqrafiyada Ermənistan-Azərbaycan münaqişəsi xronoloji ardıcıllıq, tarixi faktların təhlili yolu ilə və beynəlxalq hüquq normaları çərçivəsində şərh edilib. Nəşrdə, həmçinin İranın Qafqaz siyasətində bu münaqişənin həlli istiqamətində atdığı addımlar İran-Azərbaycan, İran-Ermənistan münasibətləri kontekstində təhlil olunub.

Kitabda İran İslam Respublikasının xarici siyasətinin nəzəri əsasları, bu ölkənin Cənubi Qafqaz siyasəti, eləcə də Azərbaycan-İran münasibətləri və digər məsələlər geniş təhlil və tədqiq edilib.

Download Template Joomla 3.0 free theme.