AMEA-da Nizami Gəncəviyə həsr olunmuş konfransların, seminarların, dəyirmi masaların, kitab təqdimatlarının keçirildiyini deyən İ.Həbibbəyli, akademiyanın alimlərinin xaricdə də bir sıra konfranslarda Nizami ilə bağlı məruzələr etdiklərini, ölkəmizdə telekanallarda, məktəblərdə bu mövzuda çıxışlar etdiklərini vurğulayıb, bu il AMEA-da Nizami Gəncəviyə həsr olunmuş 21 kitabın işıq üzü gördüyünü, daha 15-ə yaxın kitabın hazırda çapda olduğunu bildirib. Nizamini dünya ədəbiyyatının Günəşi, Azərbaycan xalqının milli iftixarı adlandıran İ.Həbibbəyli dahi Azərbaycan şairinin yaradıcılığının müstəqillik, azərbaycançılıq idealları əsasında xalqa yenidən çatdırılmasının vacibliyini qeyd edib.
Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva giriş nitqində rəhbərlik etdiyi elmi müəssisədə Nizami Gəncəvinin yaradıcılığına dair aparılan tədqiqatlardan, nəşr edilən və çapda olan kitablardan, keçirilən elmi seminarlardan bəhs edib. Tədbirdə “Tarixi Azərbaycan torpaqlarında türklərin məskunlaşması (görkəmli alim, akademik Ziya Bünyadovun əsərləri əsasında)” mövzusunda məruzə edən G.Baxşəliyeva bir sıra xarici dairələrdə Nizaminin etnik mənsubiyyəti ilə bağlı yanlış fikirlər irəli sürülməsinə, şairin Gəncədə fars ailəsində doğulmasını iddia etmələrinə diqqəti çəkərək, dahi şairin azərbaycanlı olmasının hər kəsə sübut etməyin alimlərimizin borcu olduğunu bildirib. Gövhər xanım məruzəsində akademik Ziya Bünyadovun əsərlərində Gəncənin XII əsrdə etnik tərkibinə kifayət qədər aydınlıq gətirildiyini qeyd edərək, bu ərazilərdə türk qəbilələrinin çox qədimdən yaşadığına dair tarixi mənbələrdə tutarlı faktların olduğunu qeyd edib.
Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, f.ü.e.d., professor Mehdi Kazımov “XIV-XV əsrlər Azərbaycan ədəbiyyatında Nizami “Xəmsə”sinə nəzirələr (Cəmalinin “Xəmsə”si əsasında)” mövzusunda məruzə edib. M.Kazımov Nizamiyə orta əsrlərdə çoxsaylı nəzirələrin yazıldığını, lakin bütöv “Xəmsə”yə yazılan nəzirələrin az olduğunu qeyd edərək, belələrinin sırasında Əlişir Nəvai, Əbdürrəhman Cami kimi görkəmli şairlərin olduğunu deyib. Azərbaycan şairlərindən də Cəmali Təbrizi və Əşrəf Marağayi “Xəmsə”yə nəzirə yazıblar. M.Kazımov məruzəsində Azərbaycan ədəbiyyatı tarixində zaman baxımından Nizami Gəncəvinin “Xəmsə”sinə ilk nəzirə yazan Cəmali Təbrizi barədə ətraflı danışıb.
Dahasonraf.ü.e.d., professor İmamverdiHəmidov “NizamiGəncəviirsiərəbalimlərininaraşdırmalarında”, f.ü.e.d., professorElmanQuliyev “NizamiGəncəviyaradıcılığınınədəbitəsirdairəsi”, f.ü.e.d. Almaz ÜlviBinnətova “DünyaədəbiyyatınınNizamiGəncəvisi”, f.ü.f.d.., dosentSəadət Şıxıyeva. “Divanədəbiyyatında“Məxzənül-əsrar”amüraciətin şəkilləri” mövzularındaməruzələrediblər.
Özbəkistanlı alim, t.ü.f.d., dosentVeraMuxamedcanovanın “Nizamivə Nəvai – Azərbaycanvə özbəkxalqlarınınyüzilliktarixində iki şəxsiyyət” və pakistanlı alim, professorAlmazXanımın “NizamiGəncəvininPakistanədəbiyyatınatəsiri: urduvə digərdillərinnümunəsində” mövzusunda çıxışlarınınvideoyazısı konfransiştirakçılarınındiqqətinə çatdırılıb.
Konfrans özişini Şərqşünaslıq İnstitutundabölmə iclasıarındadavametdirib. Xarici iştirakçılar konfransa onlayn formada qatılıblar.