Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA ÇAP OLUNAN KİTAB İRAN MEDİASINDA BÖYÜK MARAQ DOĞURUB

08 Sentyabr 2021

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda yeni çapdan çıxan “Munisnamə” kitabı İran mediasında böyük maraq doğurub. Qonşu ölkənin bir neçə saytı XII əsr müəllifi Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsərinin Azərbaycan dilində olan yeni nəşri haqqında xəbərlər yayıb. Əsəri fars dilindən Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rəna Rzayeva tərcümə edib. R.Rzayeva həmçinin müqəddimənin, qeydlərin və kitabın sonunda təqdim edilən lüğətin  müəllifidir.

İran Dövlət Radio və Televiziya Agentliyinin saytı olan iribnews.ir-də yayımlanan xəbərdə qeyd edilir ki, Əbubəkr İbn Xosrov əl-Ustadın “Munisnamə” əsəri Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rəna Rzayeva tərəfindən Bakıda tərcümə və nəşr edilib. “Munisnamə” yeganə əlyazma nüsxəsi Britaniya muzeyində saxlanılan fars dilində olan hekayələr və hikmətli sözlər toplusudur.

 

Xəbərdə tərcüməçinin əsər haqqında bu fikri də diqqətə çəkilir: “Bu dəyərli əsər təkcə ədəbi bir əsər deyil, həm də dövrünün fars dilindəki dəyərlərini, fəlsəfi məsələlərini və şifahi ədəbiyyatını dərk etmək üçün bir mənbə olaraq nadir bir əsərdir”.

“Munisnamə”nin Azərbaycan dilinə tərcüməsi barədə başqa İran saytları da, o cümlədən gratreh.com, khabarfarsi.com, khabarban.com yazıblar.

Download Template Joomla 3.0 free theme.