Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA “TÜRK ŞAİRİ ƏHMƏD RIDVANIN YARADICILIĞINA NİZAMİ ƏDƏBİ MƏKTƏBİNİN TƏSİRİ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB

09 İyun 2021

İyunun 2-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibəti ilə təşkil edilən tədbirlər çərçivəsində Türk şairi Əhməd Rıdvanın yaradıcılığına Nizami ədəbi məktəbinin təsirimövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Mehdi Kazımov bildirib ki, 2021-ci il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Nizami Gəncəvi ili” elan edilib və bununla əlaqədar AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda həyata keçirilən tədbirlər sırasında növbəti seminar Nizaminin türk şairi Əhməd Rıdvanın yaradıcılığına təsirinə həsr olunub.

 

Seminarda Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin elmi işçisi Aygün Yusubova “Türk şairi Əhməd Rıdvanın yaradıcılığına Nizami ədəbi məktəbinin təsiri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” əsəri ilə ilk dəfə olaraq Yaxın Şərqdə romantik poemanın əsasını qoymuş bir sənətkar olduğunu söyləyərək, əsrlər boyu müxtəlif dillərə tərcümə olunmuş bu əsərə türk divan şairləri tərəfindən dəfələrlə müraciət edilmişdir. Bu sənətkarlardan birinin də XVI əsr türk şairi Əhməd Rıdvan olduğunu qeyd edən A.Yusubova, şairin Nizami yaradıcılığına yazdığı nəzirələrdən geniş söhbət açaraq, bu təsirin xüsusiyyətlərindən bəhs edib.

Daha sonra məruzə ətrafında müzakirə aparılıb, məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.

Download Template Joomla 3.0 free theme.