Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

AKADEMİK ŞAHİN MUSTAFAYEV YUNESKO-NUN TƏDBİRİNDƏ İŞTİRAK EDİB

09 İyun 2021

May ayının 31-də YUNESKO-nun İpək Yolu Proqramı Beynəlxalq şəbəkəsinin 2-ci onlayn toplantısı keçirilib. Toplantıda üzv ölkələrin İpək Yolu sahəsində 2020-ci ildə həyata keçirdikləri layihə və tədbirlər barədə illik hesabatları dinlənilib, qurumun gələcək fəaliyyət planları müzakirə olunub.

Toplantını giriş sözüylə YUNESKO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Qabriela Ramos açıb. Tədbirdə həmçinin bu beynəlxalq təşkilatın digər yüksək vəzifəli əməkdaşları, Çinin Dünya sülhü fondunun prezidenti Li Ruohonq, digər beynəlxalq təşkilatların nümayəndələri və YUNESKO-nun İpək Yolu Proqramına üzv ölkələrin əlaqələndiriciləri iştirak ediblər.

 

Toplantıda ölkəmizi bu proqramın Azərbaycan üzrə əlaqələndiricisi, AMEA akad. Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev təmsil edib. O, öz çıxışının əvvəlində 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etməsi barədə məlumat verib və pandemiya şəraitinin bütün sahələrə olduğu kimi, İpək Yolu ilə bağlı nəzərdə tutulmuş planların həyata keçirilməsinə də öz mənfi təsirini göstərdiyini qeyd edib. Bununla belə, Şahin Mustafayev ötən ildə ölkəmizdə bu sahədə bir sıra mühüm nailiyyətlərin əldə olunduğunu vurğulayıb. O, 2020-ci ildə Azərbaycanda Beynəlxalq Türk mədəniyyəti və irsi Fondunun layihəsi çərçivəsində ingilis və rus dillərində “Azərbaycan İpək Yolu üzərində” adlı fundamental monoqrafiyanın hazırlanıb nəşr olunması barədə toplantı iştirakçılarına məlumat verib. Bundan əlavə, Azərbaycanın irimiqyaslı YUNESKO İpək Yolu seriya nominasiyası proqramına fəal şəkildə qatılmaq planlarının olduğu vurğulanıb. Şahin Mustafayev həmçinin ötən il ölkəmizdə “İpək Yolu” brendi ilə həyata keçirilən bəzi infrastruktur layihələri və idman tədbirlərinin keçirildiyini iştirakçıların nəzərinə çatdırıb.

Download Template Joomla 3.0 free theme.