Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ÇAR RUSİYASININ TÜRKİYƏ SİYASƏTİ

08 İyul 2016

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin aparıcı elmi işçisi Barat Osmanova Edqar Qranvillin “Çar Rusiyasının Türkiyə siyasəti” əsərini Azərbaycan dilinə tərcümə edərək oxuculara çatdırıb. Bu tərcümə əsərin Orhan Arıman tərəfindən 1967-ci ildə türk dilinə çevrilməsi əsasında aparılıb. 

 

Kitabda Edqar Qranvillin 1915-ci ildə bilavasitə şahidi olduğu hadisələr, Rus çarizminin Türkiyəni məhv etmək və torpaqlarını mənimsəmək  məqsədilə qondarma “erməni məsələsi”ni ortaya atması və istədiyini həyata keçirmək üçün müxtəlif fitnəkarlıqlar törətməklə Avropa ölkələrinə təzyiq etməsindən, o dövrdə rus, erməni və Avropa mətbuatında nəşr olunmuş sənədlər əsasında geniş və obyektiv şəkildə bəhs olunur.

Bir avropalı tərəfindən sənədlərə əsaslanaraq, bitərəf mövqedən yazılan bu kitab faciələrin nəticəsinin deyil, səbəb və səbəbkarının üzə çıxarılması baxımından Azərbaycan oxucusu üçün həm ibrətamiz, həm də maraqlıdır.

Hadisələrdən ötən bir əsrdə ermənilər bir gün belə sakit oturmamış, hər fürsətdə qondarma “soyqırım”ını hay-küylə dünya ictimaiyyətinin yaddaşında saxlamağa çalışıblar. Azərbaycanda 1980-ci illərin sonlarında baş verən hadisələr də bu oyunun bir parçasıdır. Xalqımızın başına gələn bu fəlakət Edqar Qranvillin nə qədər haqlı olduğunu bir daha göstərdi və ermənilərin havadarlarının həqiqətdə kimlər olduğu bir daha bəyan edildi.

 

Download Template Joomla 3.0 free theme.